İnsan beynində arıqlamağa kömək edən “tərəzi” var

21
Dek
2023
01:21

İnsan orqanizmində daxili tərəzi var. Alimlər bunun beyində olduğunu müəyyən edib.

Belə ki, çəkimiz artanda beyin kaloriləri azaltmalı olduğumuzu şüuraltı olaraq bizə çatdırır.

“Medicina” xəbər verir ki, İsveçli alimlər beyində kaloriləri hesablayan tərəzi sisteminin olduğunu müəyyən edib.

Onlar laboratoriya siçanları üzərində təcrübə aparıb. Siçanlarda kaloriləri artırıb kökəltdikcə, beyində şüuraltı siqnal işə düşüb, yeməyi azaltmağa sövq edir.

Təəssüf ki, bu daxili tərəzi hər adamda aktiv deyil. Belə ki, ofis işçiləri,evdar qadınlar, çox oturanlarda tərəzi işləmir.

Belə ki, onların beyinləri çox yeməyə başlayanda xüsusi siqnalı göndərmir.
Bu dolayısı ilə oturaq həyar keçirənlərin niyə daha çox kökəldiyini sübut edir.

Alimlər ümid edir ki, bu kəşf gələcəkdə arıqlamaq üçün beyinin gücündən, daxili tərəzidən istifadəni aktuallaşdıracaq.