Tramp seçkidə məğlub olarsa, ABŞ-da nələr baş verəcək? - Maskdan PROQNOZ

6
Okt
2024
16:07

Amerikalı sahibkar İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qarşıdan gələn seçkilərdə uduzacağı təqdirdə ABŞ-ın gələcəyini proqnozlaşdırıb.

Azreform.info xəbər verir ki, "Tesla" şirkətinin rəhbəri bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Əgər Donald Tramp qalib gəlməsə, "demokratik" partiya bütün qanunsuz miqrantları qanuniləşdirəcək. Amerika təkpartiyalı sosialist dövlətə çevriləcək”, - Mask bildirib.