Yaponiya peyklərinin sayını artırır - MƏQSƏD İSƏ

6
Okt
2024
07:28

Yaponiya hökuməti özünün qlobal yerləşdirmə sistemi QZSS üçün peyklərin sayını iki dəfədən çox artırmağı planlaşdırır.

Azreform.info ” xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda sistemə dörd Mitibiki peyki daxildir və 2026-cı ilə qədər onların sayının 7-yə, 2030-cu illərin sonuna isə 11-ə çatdırılması planlaşdırılır.

Peyklərin sayının artırılmasının Yaponiyanın xarici mövqeləşdirmə sistemlərindən asılılığını azaltmaq məqsədi daşıdığı vurğulanır.