Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Herseqovinaya ölkədə baş verən təbii fəlakət nəticəsində həlak olanlara görə başsağlığı verib.
“Azreform.info ” xəbər verir ki, XİN bu barədə “X” hesabında paylaşım edib.
“Bosniya və Herseqovinanın Yablanika şəhərində torpaq sürüşmələri və daşqınların törətdiyi və çoxlu sayda insanın ölümü, yaralanması və itkin düşməsinə səbəb olan dəhşətli dağıntılar xəbəri bizi dərindən kədərləndirir.
Qurbanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edir, Bosniya və Herseqovina ilə həmrəy olduğumuzu bildiririk”, - məlumatda qeyd olunub.