Azərbaycan Prezidenti koreyalı həmkarını təbrik edib

3
Okt
2024
11:14

Azərbaycan Prezidenti İlham Əliyev Koreyanın Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.

Azreform.info -ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Koreya ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram".