Uşaqların ayda 1-2 dəfə xəstələnməsi normaldırmı? - AÇIQLAMA

2
Okt
2024
16:00

“Uşaq ayda 1-2 dəfə xəstələnə bilər, əsas odur ki, ağırlaşma ilə nəticələnməsin”. 

Azreform.info xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə allergiyalı uşaqların xəstələnməsi barədə danışarkən deyib.

“Əsas odur ki, qulaq və boğazda irin verməsin, hər dəfə bronxlar tutulmasın, ağciyərlərdə ağırlaşma olmasın. Yəni yuxarı tənəgffüs yolları ilə kifayətlənsin.

Burnu axdı, gözü sulandı bununla bitdi və antibiotikə ehtiyacımız olmadı. Yaxud da virus infeksiyası oldu, 3 gün hərarət oldu, qızdırma oldu, amma ağırlaşmadı. Belədirsə, vəziyyət yaxşıdır.

Allergiyalı uşaqların immuniteti zəif olduğuna görə bu onlarda sürpriz deyil. Ağırlaşma olmasın deyə, allergiyalı uşaqlarla bağlı pəhrizə əməl eləməyə davam etmək lazımdır”. 

Billurə Yunus