Jetlaqdan əziyyət çəkirsiniz?

30
Sen
2024
05:28

"Chaos" adlı elmi dərgidə Meksikadan olan alimlərin yeni araşdırması dərc edilib.

Azreform.info Axşam.az-a istinadən xəbər verir ki, bu dəfə jetlaq (bədənin təbii sirkadiyalı ritminə sürətlə dəyişikliklər nəticəsində yaranan fizioloji vəziyyət  - red.) olan insanlar üzərində araşdırma aparılıb.

Bildirilib ki, jetlaq durumunu aradan qaldırmağa həmçinin qida da kömək edir. Uzun bir səfərdən sonra əgər sizdə halsızlıq, depressiyaya meyillilik varsa, deməli jetlaq durumundasınız. Jetlaq səyahət edən, təyyarə ilə səfərə çıxan insanları getdikləri yerlə, qayıtdıqları ölkə arasındakı vaxt fərqinə uyuşmamasında yaşanır. 

Əgər yay fəslidirsə, günəş altında çox gəzin. Ən əsası isə səhər yeməyi yeyin. Fərqli, bol səhər yeməyi sizin xoşbəxtlik hormonunuzu artıracaq, jetlaqı aradan qaldıracaq.

Araşdırma zamanı mütəxəssislər müəyyən ediblər ki, gecə yemək olmaz. Bu, sizi depressiyaya daha meyilli edəcək.