Ceyhun Bayramov səudiyyəli həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

27
Sen
2024
21:35

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faisal bin Farhan Al Saud ilə görüşüb.

Azreform.info ” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Görüşdə qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığın genişləndirilməsində və dərinləşməsində mühüm rolu, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, humanitar və turizm sahələrində mövcud inkişaf imkanları müzakirə edilib.

Qeyd edilib ki, COP29, münaqişədən sonrakı vəziyyət, eləcə də Azərbaycan-Ermənistan arasında normallaşma prosesi diqqət mərkəzində olub.