Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Sent Lüsiyanın xarici işlər naziri Alva Baptiste ilə görüşüb.
“Azreform.info ” xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X”dəki hesabında yazıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin qurulmasında potensialın öyrənilməsi üçün intensiv siyasi dialoqun aparılmasının vacibliyini vurğulayıb. Eyni zamanda Alva Baptisteyə Azərbaycanın COP29-a sədrliyi, həmçinin əməkdaşlıq perspektivi olan hazırlıq məsələləri haqqında məlumat verilib.