İsrail ABŞ-dən yardım paketi alacaq

26
Sen
2024
20:56

İsrail ABŞ-dən davam edən hərbi səyləri dəstəkləmək məqsədi ilə 8,7 milyard dollarlıq yardım paketi alacaq.

Azreform.info xəbər verir ki, məlumatı İsrailin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirin ABŞ-dən yardım paketi almağa dair Vaşinqtonda keçirdiyi danışıqlar başa çatıb.

İsrailin bu paket çərçivəsində yardım alacağı vaxt və silah barədə rəsmi məlumatda bildirilməyib.(Report)