Edama məhkum edilən şəxs 56 il sonra bəraət qazandı - FOTO

26
Sen
2024
18:42

Yaponiyada 56 il əvvəl edama məhkum edilən İvao Hakamada bəraət qazanıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, 88 yaşlı kişi 56 il əvvəl 4 nəfəri öldürməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.

O, 1968-ci ildə müdirini, müdirinin həyat yoldaşını və iki uşağını öldürməkdə ittiham edilib. 2014-cü ilə qədər o, edam cəzasına məhkum edilib.
46 il edam otağında qalan İvao bu illər ərzində “ən uzun müddət edamı gözləyən məhbus” adlandırılıb.

Dəlillərə şübhə yarandığı üçün iş yenidən açılıb. Xüsusilə, qətldən bir il sonra tapılan qanlı paltarların üzərində edilən müayinələr istintaqın etibarlılığını şübhə altına alıb.

Şizuoka Rayon Məhkəməsində keçirilən təkrar prosesdə Hakamada bəraət qazanıb. Bu qərar ölkənin ədliyyə sistemində islahatlara çağırışları gücləndirib. həmçinin məhkəmə işi günahsız insanların illərlə həbs olunma riskinə də diqqət çəkib.

Qeyd edək ki, ölüm cəzası Yaponiyada hələ də tətbiq olunur və geniş ictimai dəstək alır. Bununla belə, Hakamadanın işi ölkənin ədliyyə sistemini də tənqid edib. Hüquq müdafiəçiləri uzun həbs müddətləri və məcburi etiraflarla bağlı narahatlıqlarını bildirirlər.

Billurə Yunus