Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü və 27 sentyabr - Anım Günü münasibətilə bəyanat yayıb.
Azreform.info xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat dərc olunub.
Məlumatda nazirliyin sözçusu Zeki Aktürk Türkiyə ilə Azərbaycanın iki dövlət, bir millər olduğunu diqqətə çatdırıb.
""İki dövlət, bir millət" anlayışı ilə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın "20 Sentyabr Suverenlik Günü"nü bir daha təbrik edir, qəhrəman Azərbaycan Ordusunun işğal altındakı öz torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən Vətən müharibəsinin dördüncü ildönümü, eləcə də 27 Sentyabr Şəhidləri Anma Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət və minnətlə, qəhrəman qazilərımizi şükran və hörmətlə yad edirik", - o qeyd edib.