ABŞ Ermənistana 20,6 milyard dollar ayırmağı düşünür - SƏBƏB

26
Sen
2024
15:56

Konqresdə USAID və ABŞ Dövlət Departamenti ilə Ermənistana 20,6 milyard dollar ayırmaq üçün iş gedir.

Azreform.info armenpress-ə istinadən xəbər verir ki, bunu USAID rəhbəri Samanta Pauer Nyu Yorkda “Demokratiyanın nəticələri” mövzusunda açıq müzakirədə bildirib. 

Onun sözlərinə görə, vəsait “kibertəhlükəsizliyi, sərhəd və enerji təhlükəsizliyini təşviq etmək və dayanıqlığı artırmaq” üçün istifadə olunacaq.

Qeyd edək ki, USAID Dövlət Departamentinə hesabat verən ABŞ Beynəlxalq İnkişaf Agentliyidir. O, tez-tez inkişaf etməkdə olan ölkələrdə, o cümlədən keçmiş SSRİ-də hökumət əleyhinə hərəkatların maliyyələşdirilməsinə görə tənqid olunur.