VII çağırış Milli Məclisin rəhbərliyi və komitə rəhbərliyi və tərkibi tam formalaşdırıldığından növbəti həftədən etibarən payız sessiyasına start verəcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin də iştirakı ilə VII çağırış Milli Məclisin ilk iclasında parlamentin rəhbərliyi seçildi. Ölkə başçısının razılığı ilə seçkidə mütləq qələbə çalmış hakim Yeni Azərbaycan Partiyasından Milli Məclis sədrliyinə VI çağırış parlamentə uğurlu sədrlik etmiş Sahibə Qafqarovanın sədrliyə namizədliyi irəli sürüldü. Onun namizədliyi həm bitərəflər, həm də parlamentdə azlıq təşkil edən partiyalar tərəfindən yekdilliklə qəbul edildi. Sahibə Qafarovanın Milli Məclis sədrliyinə namizədliyinin yekdilliklə qəbul edilməsi təsadüfi deyildi. Bu, VI çağırış Milli Məclisə sədrliyi dövründə Sahibə Qafarovanın spiker kimi göstərdiyi uğurlu fəaliyyətə həm cənab Prezident, həm də parlamentarilər tərəfindən göstərilən yüksək etimad idi. Ötən çağırışda Sahibə Qafarova qanunverici orqanının rəhbəri olaraq həm cənab Prezidentin xarici və daxili siyasətinin, həm Milli Məclis qarşısında qoyduğu vəzifə və çağırışları, parlament diplomatiyasından uğurla istifadə edə bilməsi, həm ölkənin dinamik inkişafını təmin edən qanunvericilik sahəsinin təkmilləşdirilməsi, yeni ciddi qanunların qəbul edilməsi, cəmiyyəti narahat edən məsələlərin ictimai dinləmələrinin keçirilib buna uyğun adekvat addımların atılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışdı.
VI çağırışı Milli Məclisin fəaliyyəti qlobal kataklizmlərin, maliyyə və iqtisadi böhranların, hərbi münaqişələrin, müharibələrin, pandemiyaların, çox mürəkkəb geosiyasi və geoiqtisadi mübarizələrin cərəyan etdiyi bir dövrü əhatə etsə də, cənab Prezidentin parlamentin üzərinə qoyduğu missiyanı uğurla icra edə bildi.
Təkcə onu qeyd etmək yerinə düşər ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentə rəhbərlik etdiyi bu müddət ərzində xarici ölkələrə 70 səfəri baş tutdu. Bu Azərbaycan parlament diplomatiyasının uğurlu göstərici idi. Hansı ki, parlamentarizm tarixində parlament rəhbəri bu sayda xarici səfəri olmamışdı. Mən hələ ümumilikdə parlament nümayəndə heyətlərinin səfərlərini qeyd etmirəm. VI çağırış dövründə Azərbaycan parlamentarilərinin xarici ölkələrə səfərlərinin sayı 450, xarici qonaqların Azərbaycan parlamentinə səfərlərin sayı 500 civarında olub.
Təbii ki, bu səfərlər cənab Prezidentinin yürütdüyü xarici siyasətinin tərkib hissəsi idi. Parlament rəhbərliyi parlament diplomatiyasının müasir dövrdəki rolundan faydalanaraq cənab Prezidentin yürütdüyü daxili və çoxvektorlu xarici siyasətin uğrula həyata keçməsinə öz töhfəsini vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədi daşıyırdı.
VI çağırış Milli Məclis fəaliyyəti dövründə;
- Azərbaycan Prezidenti tərəfindən müəyyən olunmuş çoxvektorlu xarici siyasət strategiyasına uyğun olaraq parlament diplomatiyasının əhatə dairəsinin genişləndirilməsi;
- Azərbaycanın beynəlxalq parlament təşkilatları ilə əlaqələrinin möhkəmləndirilməsi;
- Azərbaycanın daha çox ölkələrlə parlament dostluq qrupları yaratmaqla ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı inkişaf etdirilib möhkəmləndirilməsi;
- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən yeni və nüfuzlu platformalara çıxış imkanının əldə olunması;
- Müxtəlif ölkələrin parlamentlərində Azərbaycana yeni dostlar qazandırmaq, ölkəmizin milli maraqlarını müdafiə edən parlament üzvlərinin fəaliyyətinə siyasi dəstək vermək üçün yeni imkanların əldə olunması nail olunmasına çalışıb və bu sahədə böyük uğurlara imza atıb.
- Parlament diplomatiyasından faydalanmaq məqsədilə yeni-yeni dövlətlərin parlamentləri ilə birgə dostluq və işçi qruplar yaradılıb. Bununla da parlamentlərarası əlaqələr üzrə işçi qrupların sayı 100-ü keçib.
Milli Məclis bu dövr ərzində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün parlament diplomatiyasının çoxşaxəli imkanlarından maksimum istifadə etməyə çalışıb və uğurlara da imza atıb. Bu uğrulara imza atılmasında da spiker Sahibə xanım Qafarovanın bir rəhbər olaraq müstəsna rolu oldu.
Bir sözlə, cənab Prezidentin liderliyi altında son ikiyüz ildən artıq müddətdən sonra Azərbaycan parlamentinin də ilk dəfə möhtəşəm qələbələrə, zəfərlərə, uğurlara, şərəfli tarixə imza atmasında yeri və rolu olan hakimiyyətin bir qolu oldu.
Bütün bunları nəzərə alınaraq qeyd etmək olar ki, cənab Prezident İlham Əliyev Sahibə Qafarova VII çağırış Milli Məclisə yenidən rəhbərlik etmək üçün etimad göstərib. Ölkə başçısı əmindir ki, onun rəhbərliyi altında parlament növbəti mərhələdə qarşıya qoyulan hədəflərə, məqsədlədə və çağırışlara nail olunacaq.
Cənab Prezident VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı növbəti mərhələ üçün hədəfləri müəyyən etdi:
- Azərbaycan 30 illik işğala son qoyub qələbə əldə etsə də, bəzi güclər hələ də qələbəni həzm edə bilmir. Azərbaycana qarşı ikili standartlar tətbiq edilir, ölkənin ünvanına əsassız ittihamlar səsləndirilir və qarayaxma kapaniyası davam edir. Ona görə də əldə edilən qələbələrə və zəfərlərə arxayınlaşmaq olmaz. Bunun üçün parlament diplomatiyasının imkanlarından faydalanmaqla Azərbaycana qarşı bu əsassız ittihamlara, ikili standartlara qarşı daha aktiv fəaliyyət göstərmək laızmdır.
- Ermənistanın bölgədə dayanıqlı sülhdən yayınaraq bölgədə gərginliyi davam etdirmək istiqamətindəki revanşist hərəkətlərinin ifşa edilməsi;
- Azərbaycan Prezidentinin qlobal çağırışlara çevik reaksiya verərək qlobal sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlıq formatlarına xidmət edən siyasətinin təşviqi;
- Xüsusən də iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın "yaşıl iqtisadiyyata, "yaşıl enerjiyə" keçid və enerji təhlükəsizliyinin şaxələndirilməsi və Avropanın daha etibarlı şəkildə enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu;
- Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması istiqamətində yürütdüyü siyasəti;
- Qarabağ və Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi;
- Azərbaycanda əhalinin sosial rifah halının yaxşılaşdırılması və sair...
Mürtəza
Azreform.info