Emanuel Makron Fransa tarixində ən uğursuz dövlət başçısıdır. Bu dövlət dünya siyasətində rolu olmuş və öz ölkəsinin milli maraqlarına uyğun uğurlu siyasəti yürütmüş Jak Şirak, Fransua Mitteran kimi dövlət başçıları ilə tarixdə iz qoyub. Amma bu gün Fransa dövlət başçısının yerində olmamasından əziyyət çəkir.
Azreform.info bildirir ki, bunu Trend-ə açıqlamasında deputat Azər Badamov deyib.
O qeyd edib ki, 2018-ci ildə prezident seçilən Makron dövlətə rəhbərlik etdiyi dövrdə qəbul etdiyi uğursuz qərarları ilə Fransanı iflasa sürükləyib, dünya çapında nüfuzdan salıb.
"Təbii ki, Makronun necə dövlət başçısı olduğunu fransızlar deyir. Yəni Fransada aparılan rəy sorğusunda respondentlərin cəmi 25%-i Makronu dəstəkləyib. Bu da Fransaya rəhbəlik etmiş liderlər arasında ən aşağı göstəricidir. Təbii ki, fransızlar üçün birinci yerdə maraqlısı ölkədə sosial rifahının vəziyyətidir. Makronun hakimiyyəti Fransanın ayrı-ayrı sektorlarında çalışanların, pensiyaçıların etiraz mitinqləri ilə yadda qalır.
O cümlədən, fermerlərin Paris küçələrinə traktorlarla gətirib mal-qara tullantılarının da səpələdiklərini müşahidə etdik. Fransanın üst-üstə yığılaraq qalmış daxili problemlərini həll edib əhalisinin istəklərini nəzərə almaq əvəzinə Makron islamofob, antisemitizm, Azərbaycanofob siyasətinə xidmət edən bir rəhbər olaraq özünü hörmətdən salıb. Belə ki, Makron özünə aid olmayan yerlərə başını soxur və sülhlə yaşamaq istəyən dövlətlər arasında düşmənçilk toxumlarını səpməyə, yeni gərginlik ocaqlarını yaratmağa çalışır.
Məhz Makronun uğursuz xarici siyasəti nəticəsində Fransa Afrika ölkələrindən qovuldu. Fransa bu gün ada dövlətlərinin istismarını davam etdirməklə insan haqlarını kobudcasına pozan və beynəlxalq hüququ ayaq altına atan dövlət kimi tarixə düşüb. Makron Merkeldən sonra Avropada özünü bütün Avropanın lideri kimi aparmağa çalışdı. Amma onun dövlət rəhbərinə xas olmayan qeyri-normal hərəkətləri Fransanı Avropada da hörmətdən salıb. Məhz Makronun səriştəsiz rəhbər olması onun iqtidarını Avropa və Fransanın parlament seçkilərində uduzması ilə nəticələnib. Fransa konqresində artıq Makronun impiçment məsələləsi müzakirə olunur.
Fransanın tarixində Makron xalqın istəmədiyi bir prezident kimi yadda qalır. Təbii ki, Makronda xalqın tələbinə görə istefa vermək və Fransanın milli maraqlarını müdafiə edən başqa bir liderə yerini vermək etikası yoxdur. Ona görə də diktator kimi vəzifəsini davam etdirməyə çalışır. Paris küçələrində etirazını bildirən insanlara qarşı güc tətbiq edilir və insan haqlarını kobudcasına pozur. Bütün bunlar dünyaya demokratiya carçısı kimi özünü təqdim etməyə çalışan Makronun iç üzünü açır",- deyə o əlavə edib.
Trend-in suallarını cavablandıran politoloq İlyas Hüseynov qeyd edib ki, Fransa tarixində ən uğursuz, siyasi cəhətdən zəif və ölkəsinə yalnız neqativ amillər gətirən Makronun reytinqi çox aşağıdır.
O qeyd edib ki, 2018-ci ilin bu yana onun 25% reytinqinin olması Fransa kimi bir ənənəsi olan dövlətə heç yaraşmır.
"Fransanın nüfuzuna Makron qədər zərbə vuran heç bir lider olmayıb. Fransa Prezidenti E.Makron buraxdığı səhvlərdən bir nəticə çıxartmır. Bu gün Afrikada açıq-aşkar şəkildə Fransanı görmək istəmirlər. Fransa Burkina-Faso, Mali, Minger, Qabon kimi dövlətlərdən çıxır və eyni zamanda, müstəmləkəçilik hərəkatına da böyük zərbə vurulub. Dənizaşırı bölgələrdə xalqlar öz gələcəyini müəyyənləşdirmək üçün müstəqillik fikirlərini ifadə edirlər. Buna rəğmən, Fransa öz gücü ilə, öz hərbi qüdrəti ilə burada azadlıq səsini boğmağa çalışır.
Digər tərəfdən, Makron itirdiyi beynəlxalq nüfuzunu Cənubi Qafqazda Ermənistan hesabına qazanmağa çalışır. Cənubi Qafqazda gedən proseslərə müdaxilə edir. Yeni geosiyasi konfiqurasiyada Makrona yer yoxdur. Fransa regional proseslərdən geridə qalıb. O, arzuolunmaz dövlətə çevrilib. Ermənilərin sifarişlərini yerinə yetirir, amma bunun müqabilində beynəlxalq siyasətdə öz mövqeləri sarsılır", - deyə o bildirib.