Zelenski rusiyalı jurnalistin suallarını cavablandırmaqdan imtina etdi - VİDEO

26
Sen
2024
00:14

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin suallarını cavablandırmaqdan imtina edib.

Azreform.info xəbər verir ki, məsələ ilə bağlı görüntüləri jurnalist və “Rossiya” telekanalının Nyu Yorkdakı bürosunun rəhbəri Valentin Boqdanov “Telegram” kanalında yayımlayıb.

“Rusiya ilə niyə danışıqlar aparmaq istəmirsiniz? İzah edin, ünsiyyətdə və ya zəngdə problem nədir?”, - jurnalist soruşub.

Lakin Zelenskinin mühafizəçiləri onu uzaqlaşdırıb.