Bakı qazının alınması məsələsi müzakirə oluna bilər - Tunyan

25
Sen
2024
19:42

Azərbaycandan qazın alınıb-alınmayacağı, daha çox gələcəyin məsələsidir və bu, sırf nəzəri məsələdir.

Azreform.info xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, Ermənistanın iqtisadi məsələlər üzrə daimi komissiyasının sədr müavini Babken Tunyan deyib.

“Əgər Azərbaycanla ticarət əlaqələri qura bilsək və hər hansı resursa ehtiyacımız olsa, biz məcbur olacağıq. Hesab edin ki, kim daha çox ucuz, keyfiyyətli resurs verirsə, o zaman bu məsələ Ermənistanın maraqlarına uyğundursa, bu məsələ müzakirə oluna bilər", - o deyib.