Bayden BMT-də çıxış etdi: 40 yaşında görünürəm

25
Sen
2024
18:35

ABŞ prezidenti Co Baydenin BMT-nin 79-cu Baş Assambleyasındakı çıxışı da öz qeyri-adiliyi ilə yadda qalıb.

Azreform.info xəbər verir ki, çıxışında deyib:

“Bu mənim BMT Baş Assambleyasında son çıxışım olacaq. Mən tarixin əlamətdar bir dövrünün şahidi olmuşam. 
Mən ilk dəfə 1972-ci ildə Senata seçildim. 40 yaşında göründüyümü bilirəm, bunu bilirəm”, -  Bayden  qeyd edib. 

Xatırladaq ki, 81 yaşlı Bayden Amerika tarixinin ən yaşlı prezidentidir. 

Mürtəza
Azreform.info