"Hizbullah" İrandan İsrailə hücum etməyi xahiş edib - Axios

25
Sen
2024
17:56

Son günlər "Hizbullah" İranı kəskin eskalasiya səbəbindən İsrailə hücum etməyə çağırıb.

Azreform.info xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" nəşri yazıb.

Bildirib ki, Livan silahlıları ilə İsrail hərbçiləri arasında döyüşlər gedir, lakin İran indiyə qədər bundan çəkinib.

İki İsrail rəsmisi jurnalistlərə bildirib ki, İran rəsmiləri "Hizbullah" silahlılarına deyiblər ki, İran prezidenti Məsud Pezeşkian hazırda BMT Baş Assambleyasının növbəti sessiyası üçün Nyu-Yorkda olduğu üçün İsrailə hücum etmək üçün “indi doğru vaxt deyil”.