Ceyhun Bayramov eston həmkarını Bakı-İrəvan normallaşması barədə məlumatlandırıb

25
Sen
2024
01:14

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşüb.

Bu barədə Azreform.info a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün yüksəksəviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun əhəmiyyəti vurğulandı.

Nazir Ceyhun Bayramov eston həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı perspektivlər və çağırışlar barədə məlumatlandırıb.