İranda ardıcıl 3 partlayış: yaralananlar var - VİDEO

24
Sen
2024
13:35

İranda neft obyektində ardıcıl üç partlayış baş verib. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Simnan vilayətinin Gərmsar şəhərində qeydə alınıb.

Partlayışlardan sonra başlayan yanğına xilasetmə qrupları müdaxilə edib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ağır yaralanıb.
Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Gərmsar şəhəri paytaxt Tehrandan 120 kilometr cənub-şərqdə yerləşir.

Billurə