Jurnalist canlı yayımda raket hücumuna məruz qaldı - VİDEO

24
Sen
2024
12:56

Livanlı jurnalist və siyasi analitik Fadi Budiye Livanın şərqindəki Bekaa bölgəsində canlı yayımda olduğu yerin İsrail qüvvələri tərəfindən bombalanması nəticəsində yaralanıb.

Azreform.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan videoda Budia Baalbek bölgəsindəki Temnin et-Tahta qəsəbəsindən canlı yayım edərkən onun yerinin bombalandığı görünür.

AA-nın verdiyi məlumata görə, Budiye bir televiziya kanalının canlı yayımına qatılarkən hücum nəticəsində xəsarət alıb və onun evinə ziyan dəyib.

Mürtəza
Azreform.info