Bu ölkədə futbolçuları daşıyan avtobus aşdı, ölənlər var - FOTO

23
Sen
2024
19:49

Braziliyada Amerika futbolu komandası “Coritiba Crocodiles”in üzvlərini daşıyan avtobus aşıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, çempionat matçı üçün Rio-de-Janeyroya yollanan komandanın 3 futbolçusu həlak olub, 6 nəfər isə yaralanıb.
Sosial şəbəkələrdə həlak olan futbolçuların Daniel Kross, Lukas Barros və Lukas Padilha olduğu açıqlanıb. 
Yaralılara xəstəxanada tibbi yardım göstərilib.
Qəzanın səbəblərinin araşdırılacağı bildirilib. 

Bədbəxt hadisəyə görə çempionat matçı ləğv edilib.

Qəzadan sonra liqa rəhbərliyi tərəfindən veriləcək qərarlar və təhlükəsizlik tədbirləri maraqla gözlənilir.

Billurə