29 ölkə dünya şərabının 94%-ni istehsal edir və onların əksəriyyətində bu il əsasən pis hava şəraiti ilə bağlı ciddi problemlər yaranıb. İstisnalar ABŞ, Fransa və Yeni Zelandiyadır. Çin şərabçıları haqqında hələ heç bir məlumat yoxdur. Amma müqayisə üçün qeyd edək ki, Gürcüstanda bu il, proqnozlara görə, hasilat 2022-ci illə müqayisədə 28% azalacaq.
Azreform.info xəbər verir ki, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının məlumatına görə, istehsalın aşağı səviyyəsi yığılmış ehtiyatlar və qlobal istehlakın ümumi azalması hesabına tarazlaşdırılacaq.