Türk ordusu 13 terrorçunu məhv etdi - VİDEO

10
Sen
2024
16:21

Türkiyə Milli Müdafiə Nazirliyinin həyata keçirdiyi anti-terror əməliyyatı zamanı 13  PKK/YPG terrorçusu məhv edilib.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirliyin açıqlamasında deyilir ki, Türk Silahlı Qüvvələrimiz tərəfindən Suriyanın şimalında "Fırat kalkanı" və "Zeytin  dalı" əməliyyat  bölgələrində müəyyən edilən 11 PKK/YPG terrorçusu, İraqın şimalındakı Qara bölgəsində isə 2 PKK terrorçusu zərərsizləşdirilib.
Mürtəza
Azreform.info