Bakı-Sumqayıt yolunda baş verən yanğın söndürülüb.
Bu barədə “Azreform.info ”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb", - məlumatda qeyd olunub.
***
Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb.
Azreform.info -ın “Report”a istinadən məlumatına görə, hadisə yolun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində, açıq ərazidə baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.