Bu təfəkkür İran iqtisadiyyatını məhv etdi - Ayətullah Mohəqqəq Damad

10
Sen
2024
15:28

İranda ölkənin idarəedilməsində hakimiyyətdaxili mübarizə getdikcə daha kəskin xarakter almaqdadır. İslahatçıların tərəfdarı olan Ayətullah Mohəqqəq Damad  ölkə rəsmilərinin də iştirak etdiyi mötəbər bir toplantıda ölkə iqtisadiyyatında yaranmış mövcud durumu  və yürüdülən siyasəti kəskin tənqid edib.

 Azreform.info xəbər verir ki,  mötəbər toplantıda çıxış edən  Ayətullah Mohəqqəq Damadın sözlərinə görə, bu tədbirdə  mənimlə və mənim nəzəriyyələrimlə razılaşmayan, müxalif olan insanlar ola bilər. "Onlarla da  debata hazıram. Amma deməliyəm, 45 illik təcrübə göstərdi ki, solçu təfəkkür İran iqtisadiyyatını məhv etdi və solçu nəzəriyyə İran iqtisadiyyatına monqollardan daha çox zərbə vurdu". - o qeyd edib.

Mürtəza
Azreform.info