Daha bir dünya ulduzu karyerasını Türkiyədə davam etdirə bilər - İDDİA

9
Sen
2024
21:21

"Sevilya"dan ayrılandan sonra yeni komanda axtarışında olan Serxio Ramos karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray" təcrübəli müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə "El-Nacional" məlumat yayıb. Mənbə ispaniyalının bu təklifi dəyərləndirmək istədiyini bildirib. 

38 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 37 oyunda 7 qola və 1 məhsuldar ötürməyə imza atıb.