Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü

9
Sen
2024
16:00

Masallı rayonunda 6 aylıq körpə faciəli şəkildə ölüb.

Azreform.info xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı şəhəri Digah küçəsində qeydə alınıb.

Fərdi yaşayış evində yaşayan 10.03.2024-cü il təvəllüdlü Nilay Tural qızı Bədəlbəyli başının uşaq arabasının konstruksiyasına keçməsi nəticəsində boğularaq ölüb.

Rayon prokurorluğunda araşdırma aparılır.