Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı

9
Sen
2024
14:42

Siyəzən rayonunda gənc oğlan itkin düşüb.

Azreform.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib.

Siyəzən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu M.Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb.

Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.

Müraciətlə bağlı araşdırma aparılır.