KVN-nin əfsanəvi aparıcısı vəfat etdi

8
Sen
2024
20:21

“Şən və hazırcavablar klubu” televiziya verilişinin aparıcısı Aleksandr Maslyakov vəfat edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, 82 yaşlı aparıcı xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda (bundan öncə Sverdlovsk) anadan olub. O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.