İranda avtobus qəzası: Azı 55 nəfər xəsarət alıb

8
Sen
2024
19:42

İranın şimalındakı Rəzəvi Xorasan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 55 nəfər xəsarət alıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Səbzevar-Nişapur yolunda avtobus yük maşını ilə toqquşub.

Hadisə yerinə dörd təcili yardım maşını cəlb olunub. Beş yaralı xəstəxanaya yerləşdirilib.