Bayraqdarlar Səidlə Lamiyə oldu

8
Sen
2024
14:35

Bu axşam Paris-2024 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək.

Azreform.info ” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasimdə Azərbaycan millisinin bayraqdarları Paralimpiya çempionlarımız – Səid Nəcəfzadə və Lamiyə Vəliyeva olacaq. Bağlanış mərasimi İTV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, oyunların rəsmi açılış mərasimində Lamiyə Vəliyeva və İmaməddin Xəlilov idi.