Məğlubedilməz Nurməhəmmədov çempion titulunu qorudu - VİDEO

8
Sen
2024
13:21

Rusiyalı qarışıq döyüş ustası (MMA) Usman Nurməhəmmədov həmyerlisi Aleksandr Şabliyi məğlub edərək, yüngül çəkidə Bellator çempionu titulunu qoruyub.

Azreform.info xəbər verir ki, turnir San Dieqoda (Kaliforniya, ABŞ) baş tutub.

Mübarizə hakimlərin yekdil qərarı ilə Nurməhəmmədovun qalib gəlməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Usman Nurməhəmmədov "Ultimate Fighting Championship" (UFC) kəmərinin keçmiş sahibi Həbib Nurməhəmmədovun əmisi oğludur. 2023-cü ildə o, antidopinq qaydalarını pozduğuna görə altı ay müddətinə diskvalifikasiya edilib, lakin Bellator titulunu qoruyub.

Nurməhəmmədov ikinci dəfə yüngül çəkidə öz titulunu müdafiə edib. Ümumilikdə, 26 yaşlı idmançının 18 qələbəsi var və heç bir məğlubiyyəti yoxdur.