Türkiyədən Rusiyaya gələn təyyarə ilə bağlı dəhşətli kadrlar yayıldı

8
Sen
2024
06:42

Sərnişin təyyarəsinin pilotları Qroznıda (Çeçenistan, Rusiya) tikilməkdə olan uçuş-enmə zolağına eniş etmək istəyiblər.

Azreform.info xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Təyyarə həmin vaxt sahədə işləyən üç ekskavator və bir minik avtomobili ilə toqquşmaq təhlükəsi ilə üzləşib. O ikinci cəhddən sonra düzgün zolağa enməyi bacarıb.

Hava gəmisinin Türkiyədən gəldiyi və "Utair" şirkətinə məxsus olduğu bildirilib.

Lakin sonradan şirkət məlumatı təkzib edib. Bildirilib ki, bu, iyunun 24-də baş vermiş hadisədir və həmin vaxt pilotlar güclü küləyə görə manevr ediblər.