Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var

7
Sen
2024
23:00

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

Azreform.info ” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.

Məlumata görə, iki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri keçinib.