Masallıda ağır qəza, yeniyetmə öldü

7
Sen
2024
20:49

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Şıxlar kəndi ərazisində olub.

Belə ki, rayon sakini Ali Mamedovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 2002-ci il təvəllüdlü sərnişin aldığı xəsarətlərdən dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.