Çempionlar Liqası: "Birbaşa Bakı" ikinci oyunda qələbə qazanıb

6
Sen
2024
15:14

Azərbaycanın “Birbaşa Bakı” komandası Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında keçirdiyi ikinci oyunda qələbə qazanıb.

Azreform.info xəbər verir ki, təmsilçimiz “Livorno” (İtaliya) ilə qarşılaşıb.

Görüş "Birbaşa Bakı"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, təmsilçimiz ilk görüşdə İspaniyanın "Malaqa" kollektivi ilə heç-heçə edib - 2:2. Komanda bu gün növbəti görüşünü saat 21:00-da "BKMK Brno"ya (Çexiya) qarşı keçirəcək.