Azərbaycanda qatar yoluna çıxan körpə son anda xilas edildi - Həssas görüntülər

6
Sen
2024
12:42

Azərbaycanda dəmir yoluna çıxan körpə son anda ölümdən xilas edilib.

Azreform.info qafqazinfo-ya xəbər verir ki, hadisə bir neçə gün əvvəl Gəncə-Ağstafa istiqamətində baş verib.

Belə ki, nəzarətsiz qalmış körpə Azərbaycan Dəmir Yollarına məxsus hərəkətdə olan qatarın yoluna çıxıb.

ADY-nin maşinisti dərhal qatarı dayandıraraq körpənin həyatını xilas edib.

Həmin anların görüntüsünü təqdim edirik: