Şəkidə 67 yaşlı kişi tövlənin çardağından yıxılaraq ölüb

6
Sen
2024
10:42

Şəkidə 67 yaşlı kişi faciəvi şəkildə ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Oxud kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məcidov Ramiz Oruc oğlu tövlənin çardağından yıxılıb hadisə yerində ölüb.

Araşdırma aparılır.