Tovuzda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

6
Sen
2024
09:56

Tovuzda kütləvi dava olub.

"Report" xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

2000-ci il təvəllüdlü Səfərov Samir Elburus oğlu və 1988-ci il təvəllüdlü Xanmirzəyev Canpolad Çapay oğlu aralarında yaranmış şəxsi münasibətlər zəmnində Məmmədov Xalid Məhəmməd oğlu və 1993-cü il təvəllüdlü İsmayılov Aqil Yusifəli oğluna bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər.

Faktla bağlı araşdırma aparılır.