Məşhur futbolçu karyerasını sonlandırdı

6
Sen
2024
06:21

ABŞ-li qadın futbolçu Aleks Morqan karyerasını bitirib.

Azreform.info xəbər verir ki, qadın futbolunun məşhur simalarından sayılan Morqan 2012-ci ildə Olimpiya, milli komandanın heyətində ikiqat dünya (2015, 2019), Fransanın “Lion”un kollektivinin tərkibində isə Çempionlar Liqasının qalibi olub.

35 yaşlı hücumçu sentyabrın 8-də ölkəsinin "San Dieqo Veyv" klubunda sonuncu matçını keçirəcək.