Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazanıb

6
Sen
2024
00:28

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb.

Azreform.info ” xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərib.

Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayıb. Azərbaycan təmsilçisi 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Qeyd edək ki, final mərhələsi sentyabrın 7-də baş tutacaq.

Azərbaycan paralimpiyaçıları Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.