Bakıda binanın blokunda qeyri-etik hərəkət edən şəxs saxlanıldı - VİDEO

5
Sen
2024
20:35

Paytaxtın Yasamal rayonunda binanın blokunda qeyri-etik hərəkət edən şəxs saxlanılıb.

Azreform.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

O qeyd edib ki, görüntülərdəki şəxs 1999-cu il təvəllüdlü S. Abbasovdur:

"Sözügedən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində velosiped oğurluğu etdiyi də müəyyən edilib. Həmin şəxsin törətdiyi qanunsuz əməllərlə bağlı araşdırmalar davam etdirilir".