"Barselona" və "Real Madrid" rəhbərliyi arasında gərginlik

3
Sen
2024
23:00

"Barselona" və "Real Madrid" klubları arasında əlaqə korlanıb. 

Azreform.info xəbər verir ki, bunu Kataloniya təmsilçisinin prezidenti Joao Laporta açıqlayıb. Klub rəsmisi "Kral klubu" ilə münasibətlər yaxşı deyil:

"Onlar Neqreyra məsələsinə qarışdılar. Bu isə qəbul edilməzdir".

Qeyd edək ki, "Barselona"nın 2001-2018-ci illərdə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya pul ödəməsi iddiası ilə əlaqədar araşdırmalar aparılırdı.