Tanınmış qarmon ifaçısı vəfat etdi

12
Noy
2023
11:49

Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) vəfat edib.

Azreform.info  xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov Feysbuk hesabında yazıb.

"Bu gün Azərbaycan qarmon ifaçılığında özünəməxsus xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona sadiq olan dostu yox idi. Düz 50 il dostluq etdi onlar. Onu həmişə sağlam, gümrah görmüşdüm. Elə doğmaları da, yaxınları da onun heç bir xəstəliyi barədə eşitməmişdilər. Ruhun şad olsun, gözəl insan", - paylaşımda deyilib.