Bakıda obyekt yanır, yolda hərəkət dayandırılıb - YENİLƏNİB

30
Avq
2024
15:35

Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə Azreform.info a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərəzindən bildirilib.

"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.

***
Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verir.

Bu barədə Azreform.info a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.