AB Ukrayna ilə bağlı yekun qərar qəbul edə bilmədi

30
Avq
2024
00:49

AB ölkələri Avro Sülh Fondu vasitəsilə Ukraynaya hərbi təchizat üçün 6 milyard avro göndərmək barədə həll yolu tapmayıb.

Azreform.info xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib.

O qeyd edib ki, AB Rusiya Federasiyasına Qərb silahları ilə hücuma qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı da qərar qəbul etməyib:

"27 Avropa ölkəsinin hər biri bu qərarları müstəqil qəbul edəcək".