Tramp Zukerberqi ömürlük həbslə hədələyib

29
Avq
2024
19:35

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp Meta şirkətinin rəhbəri Mark Zukerberqin 2020-ci il seçkiləri zamanı ona qarşı sui-qəsd hazırladığını bəyan edib.

Azreform.info xəbər verir ki, bu barədə "Politico" yazıb.

Nəşrin yazdığına Tramp prezident olarkən Zukerberq Ağ Evin Oval kabinetinə çox gözəl həyat yoldaşı ilə şam yeməyinə gedib, lakin o, eyni zamanda, prezidentə qarşı əsl sui-qəsd planlaşdırıb.

Tramp sui-qəsd dedikdə Zukerberq və həyat yoldaşı Priscila Çanın 2020-ci ildə COVID-19 pandemiyası zamanı əyalət və yerli hökumətlərə seçkilərin keçirilməsinə kömək etmək üçün etdikləri 420 milyon dollar ianəni nəzərdə tutur. 

NYT yazır ki, pul yeni səs sayma avadanlığı, seçki məntəqəsi işçilərinin təlimi, fərdi mühafizə vasitələri və poçtla səsvermənin təşkili üçün istifadə edilib.

Bu hərəkətlər Zukerberqin Co Baydenin qələbəsini təmin etmək üçün səsverməni dəyişməyə çalışdığından şübhələnən mühafizəkarların tənqidinə səbəb olub. Nəticədə Respublikaçıların nəzarətində olan bir neçə ştat özəl ianələri qadağan edib.

“Biz onu diqqətlə izləyirik və əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, 2024-cü il prezident seçkilərində saxtakarlıq edəcək hər kəs kimi ömrünün qalan hissəsini həbsxanada keçirəcək”, - Tramp yazıb.

Mürtəza
Azreform.info