Bakıda çoxmərtəbəli yaşayış binası YANIR

28
Avq
2024
22:56

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Azreform.info News24.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.